Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Məscidlər
09.04.2020 / Məscidlər

Mərdəkan "Heydər Cümə" məscidi

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi

Mərdəkan qəsəbəsindəki "Heydər Cümə" məscidi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuşdur.

1893-cü ildən fəaliyyət göstərən məsciddə 2012-ci ilə qədər heç vaxt əsaslı təmir işləri aparılmamışdı. 2012-ci ildə məsciddə yenidənqurma işlərinə başlanılmış, 2013-cü il dekabrın 31-də isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsaslı yenidənqurmadan sonra məscidin açılışında iştirak etmişdi.

Əvvəllər bir mərtəbədən ibarət olan məscidin ikinci mərtəbəsi inşa edilmişdir və eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün şərait yaradılmışdır. Məscid ərazisində iki dəstəmazxana, kitabxana, mədrəsə, 180 nəfərlik mərasim zalı, müxtəlif yardımçı otaqlar və minarə vardır.