Şriftin ölçüsü:
Saytın rəngi:
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi
Qafqazın ən möhtəşəm ibadət ocağı olan "Heydər" məscidinin tikintisinə 2012-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin Sərəncamına əsasən başlanılmışdır. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. 12.000 kvadratmetrdir sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.