Şriftin ölçüsü:
Saytın rəngi:
Ünvan: Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küç., 205.
Bazilika formasında olan “Müqəddəs Məryəmin mövludu” kilsəsi 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir.
1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoierey Serqiy Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi yenidənqurma işləri aparılmışdır.
26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy "Müqəddəs Məryəmin mövludu" kilsəsinə baş çəkmiş və burada dua mərasimi həyata keçirmişdir. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.