Şriftin ölçüsü:
Saytın rəngi:
Ünvan: Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küç., 205.
Bazilika formasında olan “Müqəddəs Məryəm – mövlud” kilsəsi 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir.
1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyerey Serqiy Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır.
26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Müqəddəs Məryəm – mövlud kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.