Şriftin ölçüsü:
Saytın rəngi:
Ünvan: Ünvan: Qəbələ rayonu. Nic qəsəbəsi
Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Cotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilmişdir. Kilsənin adı qəsəbədəki Cotari məhəlləsinin adından götürülmüşdür. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, 2006-cı ildə dindarların istifadəsinə verilmişdir.