Şriftin ölçüsü:
Saytın rəngi:
Yalçın İsa oğlu Abdullayev
Sumqayıt bölgəsi üzrə şöbə
Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir. Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır. Şöbə Sumqayıt şəhəri, Abşeron rayonu, Xızı, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Şöbənin mərkəzi Sumqayıt şəhərində yerləşir. Şöbənin 8 əməkdaşı var.
Ünvan: Sumqayıt şəhəri, 5-ci məhəllə 19b, AZ5000
Telefon: (018) 654 00 40
E-mail: dk-sumqayit@scara.gov.az