Şriftin ölçüsü:

Saytın rəngi:

Natiq Nazim oğlu Əfəndiyev

Yevlax bölgəsi üzrə şöbə

Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə  şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə rayonlarını əhatə edir. Şöbənin mərkəzi Yevlax şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: Yevlax şəhəri, Azərbaycan küçəsi 3, AZ6600

Telefon: 022 333 55 95

E-mail: dk-yevlax@scara.gov.az